Oğuz Çətin: Hədəflərimiz böyükdü
19 oktyabr 2014 19:45
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Son iki turda xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. “Bakı” ilə oyunda yaxşı oyun sərgiləyib, üç xal qazandıq. Bizim hədəflərimiz böyükdü. Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. “Bakı”nın hədəfləri böyük olmasa da, arzusu böyükdü. Sevindirici haldı ki, qələbə qazandıq”.