İbrahim Uzunca: Xəzər Lənkəranın belə penaltilərə ehtiyacı yoxdu
19 oktyabr 2014 19:35
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq. Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı. Bu gün bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi. Düşünürəm ki, “Xəzər Lənkəran”ın belə penaltilərə ehtiyacı yoxdu. Mən futbolçularımın mübarizəsindən razıyam”.