Neftçi 3-cü yer uğrunda oyuna çıxır
19 oktyabr 2014 12:30
“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirində sonuncu qrup oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız “Soçi” klubu ilə heç-heçə edib – 1:1.
“Neftçi”nin qolunu Zeynəddin Abdulrəhmanov vurub. Bununla da A qrupunda 2-ci yeri tutan komandamız B qrupunun ikincisi olan “Voronej” klubu ilə 3-cü yer uğrunda görüş keçirəcək. Oyun bu gün baş tutacaq.
Qeyd edək ki, “Neftçi” bunadək Kalininqrad (2:0), Qazaxıstanın “Kostanay” (0:3) və Abxaziyanın “Ritsa” (5:1) komandaları ilə qarşılaşmışdı. (klub saytı)