Xəzər Lənkəran Bakını 4 qolla məğlub etdi
Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Turun qapanış matçında "Xəzər Lənkəran" doğma meydanda "Bakı" ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri paytaxt təmsilçisini 4 cavabsız qolla məğlub ediblər.
Topaz Premyer Liqası
8-ci tur
19 oktyabr (bazar)
Xəzər Lənkəran - Bakı 4:0 (3:0)
Qollar: A.Sanko, 34-pen (1:0). Q.İvanov, 37 (2:0). E.Cəfərov, 43 (3:0). R.Əliyev, 79-pen (4:0).
Qırmızı vərəqə: E.Manafov, 70.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 13. Aleksandr Şemonayev, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 99. Deyan Blajevski, 44. Ruslan Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
Bakı: 1. Aqil Məmmədov, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 5. Georgios Palagios, 21. Elşad Manafov, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 22. Risto Ristoviç, 18. Əziz Quliyev, 11. Tural Qürbətov, 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 7. Nuran Qurbanov, 17. Elmin Ələsgərli, 20. Valeh Seyidov, 15. Azad Kərimov, 56. Qeyrət Əliyev, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Turun digər oyunları: Sumqayıt - Neftçi 0:1, Qarabağ - Qəbələ 2:0, Araz Naxçıvan - AZAL 2:2, İnter - Simurq 0:0.
Bombardirlər:
5 - Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt)
3 - Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ), Vüqar Nadirov (Qarabağ), David Janelidze (Araz Naxçıvan).