Ceyhun Sultanov: Yığmanın yerli məşqçiyə tapşırılmasını istəyirəm
19 oktyabr 2014 00:55
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov milli komandamızın yerli baş məşqçiyə tapşırılmasını istəyir. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Berti Foqts artıq gedib. Mənə elə gəlir ki, onun arxasından nəsə danışmaq düzgün olmazdı. Artıq onun əvəzinə kimin gətiriləcəyinə baxmaq lazımdı. Mən yığmaya yerli məşqçinin gətirilməsini istəyirəm. Niyə? Ona görə ki, komanda uduzanda həmin məğlubiyyətin ağrısını o da hiss etsin".