Amit Quluzadə Atletikonun qələbəsində pay sahibi oldu
19 oktyabr 2014 00:35
Futbol üzrə Portuqaliya Kubokunda üçüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - Lissabon "Atletiko"su da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası "Beyra Mar"la qarşılaşıb. Oyun Amitin komandasının 3:0 hesablı qələbəsiylə başa çatıb.
Quluzadə bu qarşılaşmanın ikinci hissəsində meydanda olub.