Qarabağın rəqibi səfər qələbəsinə sevindi
19 oktyabr 2014 00:05
Futbol üzrə Fransa çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Loryan"la üz-üzə gəlib. Oyun ağdamlıların rəqibinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Lemuan vurub.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.