Əsgər Abdullayev: İki xal itirdik
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.