Kazbek Tuayev: AFFA Qurbanovu seçməklə düzgün addım atdı
18 oktyabr 2014 13:00
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Azərbaycan yığmasının müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA tamamilə düzgün qərar qəbul etdi. Qurban Qurbanovu indidən məşğul etmək düzgün olmazdı. Onu hələ Avroliqa oyunları gözləyir. Mahmud isə komandanı yaxşı tanıyır. Çünki xeyli müddətdi komandanın içində idi".