Yığmamızı Norveçlə oyuna Qurbanov çıxaracaq
18 oktyabr 2014 12:35
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun istefasından sonra millimizi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyuna kimin çıxaracağı sual doğurur. Azerisport.az xəbər verir ki, artıq həmin şəxsin kimliyi bəllidi.
Yığmamızın baş məşqçisi postu müvəqqəti olaraq, Foqtsun köməkçisi kimi çalışmış Mahmud Qurbanova tapşırılıb. Millimizi Norveçlə oyuna məhz o çıxaracaq. Həmin oyundan sonra isə yeni baş məşqçinin kimliyinə aydınlıq gətiriləcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək.