Qarabağ və Neftçidən qələbə
Bu gün Topaz Premyer Liqasında 8-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçisi səfərdə minimal hesablı qələbəyə sevinib.
Son çempion “Qarabağ” isə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu rəqibini iki cavabsız qolla məğlub edib.
Topaz Premyer Liqası
8-ci tur
17 oktyabr (cümə)
Sumqayıt - Neftçi - 0:1 (0:1)
Qol: E.Nfor, 12 (0:1).
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt. “Kapital Bank Arena”, süni örtüklü meydança.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ - Qəbələ - 2:0 (1:0)
Qollar: V.Nadirov, 45+2 (1:0), Reynaldo, 89-pen (2:0).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 46), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda (8. İnnosent Emeqara, 67), 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (9. Reynaldo Silva, 56), 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo (21. Yazalde de Pinto, 82), 12. Aleksandru Benqa (8. Vidal Kunya Markus, 60), 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov (88. Müşfiq Teymurov, 13), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristya, 5. Sadiq Quliyev, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Dorinel Muntyanu.
Turun digər oyunları: 18 oktyabr (şənbə) - 15:00. Araz Naxçıvan - AZAL, 18:00. İnter - Simurq. 19 oktyabr (bazar) - 17:00. Xəzər Lənkəran - Bakı.
Bombardirlər:
5 - Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt)
3 - Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ).