Kazbek Tuayev Foqtsun istefasına qarşı çıxdı
16 oktyabr 2014 16:20
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev yığmamızın baş məşqçisi Berti Foqtsun istefaya göndərilməsinin tərəfdarı deyil. Azerisport.az saytına açıqlamasında o, bu fikrini belə izah edib:
"Düzdü, mən Foqtsu tez-tez tənqid edirəm. Amma indi onun postunda qalmasının və müqaviləsinin sonunadək işləməsinin tərəfdarıyam. O, bizə nəticə qazanacağına dair söz verib. Qoy sözünün üstündə dursun. Niyə ona boş yerə o qədər pul verməliyik ki? Veririksə, qoy qarşılığında da işini görsün. İndi qovulsa, heç nədən əlavə pul ödəməliyik. Nəyə görə? Bəlkə noyabrdakı Norveçlə oyundan sonra nəticə verməyə başlayacaq. Bax buna görə mən İK-nın iclasında onun qalmasına səs verəcəm".