Foqtsun taleyi Norveç ilə oyundan asılıdı
16 oktyabr 2014 14:50
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts istefaya göndərilməyəcək. Azerisport.az xəbər verir ki, onun taleyi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə növbəti oyundan asılıdı.
Qeyd edək ki, sözügedən oyun noyabrın 16-da Bakıda keçiriləcək. Komandamız məğlub olsa, Foqts istefaya göndəriləcək.
Keçirdiyi üç oyunun hamısında məğlub olan millimiz bu tsikldə xala həsrətdi.