Georgi Çixradze: Vəziyyət ürəkaçan deyil
2 oktyabr 2014 19:30
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Bakı" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
“Vəziyyət ürəkaçan deyil. Bundan öncəki oyunda biz məğlub duruma düşsək də, komanda xarakter göstərdi, qələbə qazandı. “Bakı” ilə oyunda isə bunu edə bilmədik. Bizim problemlərimiz var. Bunu aradan qaldırmağa çalışacağıq”.