İbrahim Uzunca: Oyundan-oyuna daha yaxşı çıxış edirik
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Simurq" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Daha çox çalışmağımız lazımdı. Sevindirici olan bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdu. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdı. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.