Qurbanov: Əgər Kalyari Milanda qələbə qazana bilirsə, niyə bunu biz də bacarmayaq?
2 oktyabr 2014 15:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibi analiz etməyə çalışmışam. Bir neçə oyunlarına baxmışam. Necə məsuliyyət daşıdığımızı gözəl anlayırıq. Mənə deyirlər ki, əgər "Kalyari" Milanda qələbə qazana bilirsə, niyə bunu siz də bacarmayasız. Bununla qətiyyən razı deyiləm. Amma qələbə qazanmaq istəyirik.
İtaliya futbolunun təqdimata ehtiyacı yoxdu. Bizi heç-heçə qane edirmi? Oyun göstərəcək".