Şəhriyar Əliyev: Qarabağ Milanda qələbə qazanacaq gücdədi
2 oktyabr 2014 14:00
"Qarabağ"ın müdafiəçisi Şəhriyar Əliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna çox yaxşı hazırlaşmışıq. Komandada atmosfer əladı. Oyunun başlamasını gözləyirik ki, meydana çıxıb, bacarığımızı göstərək. Aydın məsələdi ki, bizə bu oyunda heç-heçə də sərf edir. Amma qələbə qazanmağa çalışacağıq. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. "Qarabağ" Milanda qələbə qazanacaq gücdədi. Oyunçular da öz güclərinə inanır. Ümid edirik ki, Bakıya 3 xalla qayıda biləcəyik".