Tahir Süleymanov: Elnur Məmmədova İspaniyada Barselona ilə heç-heçə arzulayıram
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov onun postuna Elnur Məmmədovun gətirilməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"də çalışmaq həm fəxrdi, həm də çətindi. Bütün diqqətlər böyük tarixə malik bu klubda olur. Mən bu kluba keçəndə uzun müddət çempionat oyunlarında qələbə qazana bilmədik. Amma sonradan uğurlar gəldi, çempion olduq, kuboku qazandıq, Avropa Liqasında uğurlu çıxışla yadda qaldıq. Artıq bu posta Elnur Məmmədov təyin olunub. Ona uğurlar arzulayıram. Ona "Neftçi" ilə yeni uğurlar qazanmağı diləyirəm. Arzu edirəm ki, biz İtaliya "İnter"i ilə səfərdə heç-heçə oynadığımız kimi, onun da komandası İspaniyada "Barselona" ilə sülh bağlasın. Məmmədova mətbuatla da yaxşı əlaqələr yaratmaq lazımdı. Çünki "Neftçi" həmişə böyük diqqət mərkəzində olur".