Qarabağ İnterə məğlub oldu
Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.
Komandamızın rəqibi isə İtaliya "İnter"i idi. Ağdamlılar bu komandayla ilk oyunu səfərdə keçirib. Hər hissəyə bir qol buraxan təmsilçimiz matçdan məğlub ayrılıb.
F qrupundakı digər oyunda isə "Sent-Etyen" (Fransa) doğma meydanda Ukrayna "Dnepr"i ilə qolsuz heç-heçəyə razılaşıb.
Avropa Liqası
F qrupu
2 oktyabr
İnter - Qarabağ - 2:0 (1:0)
Qollar: D.D`Ambrozio, 18 (1:0), M.İkardi, 85 (2:0).
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Hetsikov, Oleq Maslyanka.
Əlavə hakim köməkçiləri: Sergey Tsinkeviç, Denis Şerbakov (Hakimlər Belarusdandı).
Milan. "Cüzeppe Meatsa" stadionu.
İnter: 30. Xuan Pablo Karrizo, 5. Xuan Xesus, 6. Marko Andreolli, 23. Andre Ranokkya (k), 33. Danilo D`Ambrozio, 55. Yuto Naqatomo, 13. Freddi Quarin (7. Pablo Osvaldo, 63), 17. Zdravko Kuzmanoviç (18. Qari Medel, 59), 88. Ernanes (20. Joel Obi, 72), 90. Yann M`Vila, 9. Mauro İkardi.
Ehtiyat oyunçular: 1. Samir Handanoviç, 15. Nemanya Vidiç, 25. İbrahima Mbaye, 8. Rodriqo Palasio.
Baş məşqçi: Valter Matsari.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov (k) (17. Vüqar Nadirov, 55), 9. Reynaldo, 10. Muarem Muarem, 18. İlqar Qurbanov (14. Rəşad Sadıqov, 68), 20. Riçard Almeyda, 41. Leroy Corc (77. Cavid Tağəyev, 61).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 33. Şəhriyar Əliyev, 6. Hacı Əhmədov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.