Valter Matsari: Qarabağ çətin rəqibdi
1 oktyabr 2014 20:55
İtaliyanın "İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah biz tam fərqli oyun göstərməliyik. Bəzi futbolçularımızın zədəsi var. Amma ümid edirəm ki, Kovaçiç zədəsini sağalda və oynaya biləcək".
"Naqatomo və D'Ambrozio bu oyunda olmayacaq. Obi isə sağalıb və oynaya biləcək. Biz "Qarabağ"a diqqətlə yanaşırıq. Bu, çətin rəqibdi. Ona görə də biz "Kalyari" ilə oyundan fərqli, bu dəfə başqa cür futbol sərgiləməliyik. Komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. Mən və oyunçularım qarşıdakı oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik".