"Qarabağla Sent-Etyenin qrupdan çıxmaq şansı daha çoxdu"
1 oktyabr 2014 20:45
Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Jonatan Brizon bəyan edib ki, onun komandası Azərbaycan çempionu "Qarabağ"la yanaşı, qrupdan çıxmaq şansına malikdi. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim hədəfimiz qrupda birinci yeri tutmaqdı. Bizim heç kimin qarşısında qorxumuz yoxdu, hətta "İnter"dən də. Düzdü, "Qarabağ"la oyunda necə çətinliklə üzləşdiyimizi hamı gördü. Azərbaycanlılar da qrupdan çıxmaq üçün mübarizə aparırlar. "İnter" favorit olsa da, biz sonadək mübarizə aparacağıq. Hətta Milanda da qələbə qazanmağa çalışacağıq. Unutmamalıyıq ki, bizim bir yox, üç əsas rəqibimiz var. Amma fikrimcə, qrupdan çıxmaq üçün ən yaxşı şansı olan biz və "Qarabağ"dı. Sonda necə olacağını isə heç kim deyə bilməz".