Konte Azərbaycanla oyun üçün heyəti oktyabrın 4-də açıqlayacaq
1 oktyabr 2014 19:55
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Maltaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayacağı vaxtı müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, o, heyəti oktyabrın 4-də açıqlayacaq.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 10-da Palermoda keçiriləcək.