"Özümü kimdənsə zəif saymıram"
1 oktyabr 2014 15:20
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov Azərbaycan yığmasına dəvət almasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya çağırılmağımdan razıyam. Fikrimcə, buna layiq idim. Niyə də olmasın? Bu mövsüm azərbaycanlı futbolçulardan daha çox qol vurmuşam. Çalışacam ki, yığmada özümü göstərim və heyətdə yerimi möhkəmlədim. Özümü kimdənsə zəif saymıram. Baxmayaraq ki, Rauf Əliyevin oyunundan çox xoşum gəlir. Milliyə dəvət olunmağımı Vaqif Cavadovun heyətdə olmaması ilə əlaqələndirməzdim. Baş məşqçi məni dəvət etməyə üstünlük verib. Bu, normaldı".