Qarabağla oyuna Kovaçiç, Vidiç və Dodosuz
1 oktyabr 2014 13:45
İtaliya "İnter"i Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəyi oyun öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın üç aparıcı futbolçusu A Seriyasının son turu çərçivəsində keçirilmiş "Kalyari" ilə oyunda (1:4) sıradan çıxıb.
Bunlar Dodo, Mateo Kovaçiç və Nemanya Vidiçdi.
Qeyd edək ki, onlardan öncə "İnter" Uqo Kampanyaro və Jonatanın da xidmətindən məhrum olmuşdu.