İbrahim Şehiç: Milanda öz gücümüzü göstərməyə çalışacağıq
1 oktyabr 2014 11:50
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək İtaliya "İnter"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oynamaq hədiyyə kimi bir şeydi. Gələcəkdə onlarla yenidən oynayacağımıza ümid bəsləmək çətindi. "Qarabağ" da yaxşı komandadı. Bizim itiriləsi heç nəyimiz yoxdu. Milanda öz gücümüzü göstərməyə çalışacağıq".