AFFA Neftçi, İnter və Qəbələni cəzalandırdı
30 sentyabr 2014 14:57
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının VII turunun “Bakı” – “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.
“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur .
AZAL – “İnter” matçında AZAL və “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. (PFL)