Cavid İmamverdiyev qol vurdu, komandası darmadağına sevindi
30 sentyabr 2014 00:40
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Orduspor"la qarşılaşıb. İmamverdiyevin komandası bu görüşdə 3:0 hesablı qələbəyə sevinib. Start heyətdə meydana çıxan və sonadək oynayan Cavid 8-ci dəqiqədə rəqib qapısına yol tapmaqla qələbədə pay sahibi olub.
Qeyd edək ki, "Elazığspor" hazırda 4 xalla 11-ci yerdə gedir.