İnterin iki rəqibi məlum oldu
30 sentyabr 2014 00:05
"İnter" Gürcüstanda təlim-məşq toplanışı zamanı 3 yoxlama görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, "bankirlər" oktyabrın 9-da və 10-da "Sioni" və "Samtrediya" klublarıyla mübarizə aparacaq.
Daha bir oyun oktyabrın 7-də olacaq. Rəqib hələlik, müəyyənləşməyib.
Qeyd edək ki, komanda səfərə oktyabrın 1-də yollanacaq.