Neftçi Əli Daeiyə təklif göndərdi
29 sentyabr 2014 18:00
İran mətbuatı "Neftçi"nin Əli Daei ilə danışıqlar apardığı barədə məlumat yayıb. Azerisport.az xəbər verir ki, cənubi azərbaycanlı mütəxəssis "Persepolis"dən ayrıldıqdan sonra Azərbaycan klubundan təklif alıb.
Arif Əsədovun işindən razı qalmayan rəhbərlik indi Daei ilə əməkdaşlıq etmək fikrinə düşüb. Təklifin detalları açıqlanmır. Amma sözügedən mütəxəssisə sərfəli təklif ünvanlandığı bildirilir.
Yeri gəlmişkən xatırladaq ki, Əli Daei hələ avqust ayında Azərbaycan klublarından birinin ona sərfəli təklif ünvanladığını açıqlamışdı. Amma iranlı mütəxəssis bu təklifdən imtina etmiş və "Persepolis"də qalmışdı.