İnter Qarabağla oyun üçün biletlərin qiymətini açıqladı
29 sentyabr 2014 17:30
Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter" və Azərbaycanın "Qarabağ" klubları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 20 avroyadı.
5 yaşadək uşaqlar üçün isə biletlər pulsuz olacaq.
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı oktyabrın 2-də keçiriləcək.