Oğuz Çətin komandanı oktyabra qədər buraxdı
29 sentyabr 2014 15:45
"Xəzər Lənkəran"ın futbolçuları istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasında yaranan fasilə ilə əlaqədar olaraq, baş məşqçi Oğuz Çətin oyunçulara oktyabrın 3-dək istirahət etmək imkanı yaradıb.
Həmin gündən etibarən isə komanda Bakıda bir araya gələcək və 8-ci turun oyununa hazırlaşmağa başlayacaq.