Neftçinin planları dəyişdi
29 sentyabr 2014 14:40
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasında yaranan fasilə zamanı üçün planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xaricdə təlim-məşq toplanışı keçirmək istəyirdik. Amma əksər futbolçularımız yığma komandalara gedəcəyinə görə, planlarımızı dəyişməli olduq. Bakıda hazırlaşacağıq. Komanda oktyabrın 1-dək istirahətdə olacaq. Ondan sonra 8-ci turun hazırlığına start verəcəyik".