Bakı 133 gündən sonra...
29 sentyabr 2014 13:20
“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, cari mövsümdə qələbə qazana bilməyən yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi 7-ci turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1.
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.
(PFL)