Qarabağ Milana yollandı
29 sentyabr 2014 12:50
Azərbaycan çempionu "Qarabağ" bu gün İtaliyaya yola düşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Milana baş məşqçi Qurban Qurbanovsuz yollanıb.
Məsələ burasındadı ki, baş məşqçi komandadan öncə sözügedən ölkəyə yollanıb. O, "İnter"in "Cüzeppe Meatsa"da baş tutan "Kalyari" ilə matçını canlı izləyib.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "İnter"lə üz-üzə gələcək.