Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edə bilmədi
29 sentyabr 2014 11:55
Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" doğma meydanda "İnqolştadt"la qarşılaşıb.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb. Nazarov 42-ci dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
"Karlsrue" hazırda 12 xalla 8-ci yerdə gedir.