Qarabağın rəqibi səfər oyununda məğlub oldu
29 sentyabr 2014 10:35
Futbol üzrə Fransa çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçını keçirib.
Sözügedən komanda səfərdə Marsel "Olimpik"inin qonağı olub. Qarşılaşma 2:1 hesabıyla meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 14 xalla 6-cı yerdə gedir.