Fotoreportaj|Video|На русском

Futbol

Autsayderdən ilk qələbə, baş tutmayan istefa və Simurq əzmkarlığı

29 sentyabr 2014 00:12

Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, hesabat turunda demək olar ki, hansısa bir sürpriz yaşanmadı.

Turun açılış oyununda bütün çempionatlarımızın daimi iştirakçısı olan "Qarabağ"la "Neftçi" üz-üzə gəldi. Azərbaycan derbisində yalnız meydan amilinə görə, paytaxt təmsilçisi favorit hesab olunurdu. Lakin Ağam klubu qarşıda Avropa Liqası çərçivəsində İtaliya "İnter"i ilə oyunu olmasına rəğmən, derbidə var gücünü qoydu və inamlı qələbə qazandı. Ağdamlıların üç qoluna "Neftçi" yalnız təsəlli qolu ilə cavab verə bildi. Bu qələbə Qurban Qurbanovun komandasının turnir cədvəlində "Neftçi"dən önə keçirdi. Arif Əsədov isə yenidən qayıtdığı "ağ-qaralar"ın sükanı arxasında ilk yenilgisinə üzüldü.

Bu oyunla eyni saatda cari mövsümün aşkar autsayderi olan "Bakı" doğma meydanda turnir cədvəlindəki qonşusu "Araz Naxçıvan"la qarşılaşdı. "Zolaqlılar" bu qarşılaşmada daha üstün oyun sərgiləyərək, ilk qələbələrinə sevindilər. Bu mövsümün açılış turunda "Neftçi" üzərindəki gözlənilməz qələbədən sonra ardıcıl məğlubiyyətlərlə üzləşən Naxçıvan təmsilçisi çempionatdakı ən zəif rəqibinə də uduzunca, azarkeşlərinin səbr kasası daşdı. Məhz bu oyunun sonlarında "Araz Naxçıvan" fanatları baş məşqçi Əsgər Abdullayevi istefaya səslədilər. Görünür, məhz bu tələblərdən təsirlənən təcrübəli mütəxəssis qarşılaşmadan sonra istefa istəyini dilə gətirdi. Ancaq klub rəhbərliyi qətiyyətlə bu istefanı qəbul etmədiyini və Abdullayevin müqaviləsi başa çatana qədər "Araz Naxçıvan"da çalışacağını bildirdi.

İlk oyun gününün son görüşündə lider "İnter" səfərdə AZAL-la qarşılaşdı. Yeni mövsümə yaxşı başlayan "bankirlər" qeyri-sabit çıxışı ilə seçilən "təyyarəçilər"lə görüşdə favorit hesab olunurdu. Amma meydan sahibləri bu oyuna erkən qolla start verdilər. Bəlkə də bu üzdən "İnter"in gücü sadəcə, hesabı bərabərləşdirməyə çatdı. Nəticədə, qarşılaşma sülhlə başa çatdı. Xal itkisinə baxmayaraq, Kaxaber Sxadadzenin komandası zirvədəki mövqeyini qorumağı bacardı. AZAL isə hələ də turnir cədvəlinin alt pillələrindən qurtula bilmir.

Bazar günü öncə "Sumqayıt" səfərdə "Simurq"la qarşılaşdı. Bu mövsümün sürpriz komandası sayılan sumqayıtlılar bu görüşə də yaxşı başladılar. Amma hətta 2 qolla öndə olmasına baxmayaraq, bu komanda qələbə hesabını qoruya bilmədi. Zaqatala təmsilçisi öncə hesabı bərabərləşdirdi, ardından daha bir qol vuraraq, əzmkar qələbəyə sevindi. Nəticədə, "Simurq"un üç oyunluq məğlubiyyət seriyasına son qoyuldu.

Nəhayət, turun qapanış matçında "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirdi. Turun digər qarşılaşmalarından fərqli, bu görüşdə qalib müəyyənləşmədi. Hesabı meydan sahibləri açsa da, cənub klubu məğlubiyyətdən qaçmağı bacardı. Nəticədə, bu görüş sülhlə başa çatdı. Qazanılan bir xal "Qəbələ"nin mövqeyini qorumasına şərait yaratsa da, cənub təmsilçisi xal itkisi nəticəsində aşağı pilləyə yuvarlandı.

Topaz Premyer Liqası
7-ci tur

Neftçi - Qarabağ 1:3
Qollar: Ernst Nfor, 87 - Riçard Almeyda, 36-pen. Muarem Muarem, 76. Vüqar Nadirov, 83.
Sarı vərəqələr: Ernst Nfor, 24 (Qeyri idman hərəkəti); Elnur Allahverdiyev, 32 (Qeyri idman hərəkəti); Karlos Kardozo, 34 (Qeyri idman hərəkəti); Erik Ramos, 37 (Hakim qərarına etiraz,) - Reynaldo, 14 (Qeyri idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4  dəq.
27 sentyabr 2014. Saat 16:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 2000 tamaşaçı.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 75), 10. Julius Vobay (9. Flavinyo, 46), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos (11. Nikolas Kanales, 64), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 27. Məqsəd İsayev, 90. Ernst Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 85), 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 61), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (10. Muarem Muarem, 63).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.

AZAL - İnter 1:1
Qollar:  Kərim Diniyev, 4 - Mikel Alvaro, 76.
Sarı vərəqələr: Eltun Yaqublu, 18 (Qeyri idman hərəkəti); Luis Ramos Kolon, 28 (Qeyri idman hərəkəti); Eduardo, 32 (Qeyri idman hərəkəti); Şəhriyar Rəhimov, 56 (Qeyri idman hərəkəti) - Nizami Hacıyev, 58 (Qeyri idman hərəkəti); Coşqun Diniyev, 73 (Qeyri idman hərəkəti); Səlahət Ağayev, 81 (Qeyri idman hərəkəti); Arif Daşdəmirov, 82 (Qeyri idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4  dəq.
27 sentyabr 2014. Saat 17:00. “AZAL Arena”. 350 tamaşaçı.

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor  İqbekoyi, 76; 7. Təmkin Xəlilzadə, 90+1), 11. Con Kordoba (10. Tomi Kostadinov, 68), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavço Georgiyevski, 11. Asif Məmmədov (27. Dieqo Madriqal, 46), 12. Junior Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (8. Mikel Alvaro, 75), 80. Nizami Hacıyev (10. Elvin Məmmədov, 62), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 7.  Abdulla Abatsıyev, 15. Yohan Bokanyano, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.

Bakı - Araz Naxçıvan 2:1
Qollar: Tural Qürbətov, 28; Nuran Qurbanov, 77 - Elmin Çobanov, 50.
Sarı vərəqələr:  Eltun Hüseynov, 47 (Qeyri idman hərəkəti); Nuran Qurbanov, 90 (Hakim qərarına etiraz) - Budaq Nəsirov, 71 (Qeyri idman hərəkəti); Ramal Hüseynov, 90+1 (Qeyri idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
27 sentyabr 2014. Saat 16:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu,  500 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov, 19. Elton Hüseynov, 6. Vüqar Bəybalayev, 3. Yure Travner, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 7. Nuran Qurbanov (17. Elmin Ələsgərli, 90+2), 8. Lukas Mario Horvat (k), 18. Əziz Quliyev (45. Mahir Mədətov, 66), 11. Tural Qürbətov (20. Valeh Seyidov, 87), 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 15. Azad Kərimov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 2. Tural Hümbətov, 7. Ramal Hüseynov, 10. Eşqin Quliyev (6. Budaq  Nəsirov, 57), 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov (8. Elmin Çobanov, 46), 20. Ruslan Zubkov, 21. David Janelidze, 44. Saşa Yunisoğlu (15. Ruslan Nəsirli, 90+1), 91. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Emin Cəfərquliyev, 16. Kamil Hüseynov, 35. Zaman Abbaslı.
Baş məşqçi: Əsgər Abdullayev.

Simurq - Sumqayıt 3:2
Qollar: Adam Banaş, 61. İlkin Qırtımov, 74. Marko Stayonoviç, 76 - Məhəmməd Qurbanov, 36-pen. Orxan Əliyev, 58.
Sarı vərəqələr: Rəşad Eyyubov, 22 (Qeyri idman hərəkəti); Amil Ağacanov, 35 (Qeyri idman hərəkəti); Samir Zərgərov, 43 (Qeyri idman hərəkəti) - Ramazan Abbasov, 45 (Sistematik qayda pozuntusu); Orxan Əliyev, 47 (Qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
28 sentyabr 2014. Saat 18:00. Zaqatala şəhər stadionu, 2000  tamaşaçı.

Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov (13. Əli Gökdemir, 46), 9. Lukas Tresnyak, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (8. Patrik Osiako, 46), 18. Tural Axundov (25. Oruc Balaşlı, 66), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (11. Kiyan Sultanpur, 64), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov (86. Fərid Quliyev, 78), 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev (10. Tərzin Cahangirov, 72).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov.
Baş məşqçi: Aqil Məmmədov.
 

1İnter7421204+1614
2Sumqayıt74031010012
3Qarabağ632196+311
4Qəbələ732278–111
5Neftçi631257–210
6Simurq630397+29
7Xəzər L722356–18
8AZAL622258–38
9Bakı6114515–104
10Araz N610559–43

Bombardirlər:
5
- Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt)
3 - Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah