İsrafilov Barselona ilə dueldə fərqləndi, komandası biabır oldu
28 sentyabr 2014 01:30
Futbol üzrə İspaniya La Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Onun komandası səfərdə "Barselona" ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 6:0 hesablı qələbəsiylə başa çatıb. Eddi bu oyunun 46-cı dəqiqəsindən etibarən, hesabda 0:3 olarkən çıxıb. 89-cu dəqiqədə İsrafilov sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, "Qranada" bu ağır məğlubiyyətdən sonra 8 xalla 10-cu yerdə qərarlaşıb.