Böyükağa Hacıyev: Millini azərbaycanlı məşqçiyə tapşırmaq istəyirlərsə....
"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev Azərbaycan millisinin AÇ-2020-yə vəsiqə qazanmaq şanslarını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanda kifayət qədər yaxşı futbolçular var. AÇ-2020-nin 4 oyununa ev sahibliyi ediriksə, deməli, orada təmsil olunmaq daha böyük uğur olacaq. Futbolçularımızın potensialı var. Sadəcə, inanmaq lazımdı. İstərdim ki, AÇ-2020-nin seçmə mərhələsində millidə azərbaycanlı məşqçi işləsin. Fikrimi pis başa düşməsinlər. Mən ümumiyyətlə mütəxəssislərimizə inanmağın tərəfdarıyam. Amma əgər AŞ-2020-yə yerli məşqçiylə getmək istəyirlərsə, qərarı indi qəbul etmək vacibdi. Həvəsdi, amma daha bəsdi. Yerli məşqçiyə gələn ildən etibar etməklə AÇ-2020-yə güclü milli komanda formalaşdırmaq lazımdı. Nəticə tələb etməyin vaxtı çatıb. Azərbaycan millisi mütləq AÇ-2020-də olmalıdı".