Qarabağ Avroliqada 5-ci oldu
26 sentyabr 2014 00:01
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının ilk turunda azarkeş sayına görə ən öndə gedən klublardandı. Azerisport.az xəbər verir ki, Ağdam klubu stadiona ən çox azarkeş gətirən 5-ci komanda olub.
Qurban Qurbanovun komandası Fransa "Sent-Etyen"i ilə ev oyununa gələn azarkeşlərinin sayına görə sadəcə, 4 klubdan geri qalıb:
Sırlama isə belədi:
Borussiya (Münhenqladbax, Almaniya - Vilyarreal (İspaniya) - 1:1 (39.128)
Sevilya (İspaniya) - Feyenord (Hollandiya) - 2:0 (35.000)
Fiorentina (İtaliya) - Genqam (Fransa) - 3:0 (32.000)
Everton (İngiltərə) - Volfsburq (Almaniya) - 4:1 (29.593)
Qarabağ (Azərbaycan) - Sent-Etyen - 0:0 (28.786)