XL Qəbələ ilə oyuna Orxan və Sankosuz çıxacaq
23 sentyabr 2014 15:15
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığa start verib. Azerisport.az xəbər verir ki, cənub klubu bu matça Bakıda hazırlaşacaq.
“Ağ-yaşıllar”ın düşərgəsində iki itki var. Orxanı Sadıqlı ilə Alfred Sanko zədədən əziyyət çəkir və böyük ehtimalla növbəti oyunda meydana çıxa bilməyəcək.