Qəbələdə XL matçı öncəsi iki itki
23 sentyabr 2014 14:55
“Qəbələ” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacağı “Xəzər Lənkəran”la oyun üçün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun düşərgəsində iki itki var.
Bunlardan biri zədəli Dododu. Digər futbolçu isə Adrian Ropotandı. Rumıniyalı futbolçu sarı vərəqə limitini doldurduğu üçün növbəti matçı buraxmalı olacaq.