Qarabağın rəqibindən beş qolluq qələbə
23 sentyabr 2014 00:48
Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Dnepropetrovsk təmsilçisi doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb. "Dnepr"in qollarını Yevgeni Seleznyov (9-cu dəqiqə), Bruno Qama (49), Duqlas (75) və dubla imza atan Nikola Kaliniç (76, 89) vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 7 turdan sonra 19 xalla 1-ci yerdə gedir.