Qara Qarayev: Neftçi ilə oyunu səbrsizliklə gözləyirəm
23 sentyabr 2014 00:10
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Simurq" üzərində qazandıqları qələbədən və növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq"u çoxdan məğlub edə bilmirdik. Ona görə bu oyuna məhz qələbə üçün çıxmışdıq. Startda xeyli xal itirdiyimizə görə, başqa çıxış yolumuz yox idi. Şadam ki, belə çətin bir qrafikdə qələbə qazanmağı bacardıq. Özü də "Simurq" çox çətin rəqiblərdən biridi. Artıq "Neftçi" ilə oyuna hazırlaşacağıq. Bu oyunu səbrsizliklə gözləyirəm. "Neftçi" ilə oyunda əlavə motivasiyaya ehtiyac da olmayacaq".