İbrahim Uzunca: Ristoviç belə oynamağa davam etsə...
22 sentyabr 2014 15:15
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə 0:7 hesablı məğlubiyyətdən sonra komandadakı dəyişikliklərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyun bizim üçün böyük dərs oldu. Bundan sonra mən akademiyanın yetirmələrinə şans verəcəm. Nə qədər çətin olsa da, gənclərlə oynayacağıq. Başa düşürəm ki, Premyer Liqada qalmaq çətin olacaq. Legionerlərə gəlincə, onlar da oynayacaqlar. Amma Risto Ristoviçdən çox narazıyam. O, belə oynamağa davam etsə, bir də meydana çıxmayacaq. Əgər bunu pula görə edirsə, desin, daha oynamasın. Biz hamımız peşəkarıq və və problem hamıya aiddi. Buna görə meydana çıxıb oynamamalıyıq? Onun əvəzində gənc futbolçu oynadaram".