Bakı 0:7-nin acığını divizion klubundan çıxdı
22 sentyabr 2014 14:50
"Bakı" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, İbrahim Uzunca yetirmələrini 1-ci divizion təmsilçisi "Bakılı" ilə yoxlama oyununda sınaqdan keçirib.
Premyer Liqa təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. "Bakı"nın qollarını Tural Qürbətov, Rövşən Əmiraslanov və Raul Yaqubzadə vurub.
Qeyd edək ki, "Bakı" Premyer Liqada 6 turdan sonra sonuncu yerdə gedir. Sözügedən komanda son turda "İnter"ə 0:7 hesabıyla məğlub olub.