İqor Ponomaryov: AÇ kimi böyük turnirə ev sahibi olmağı ancaq xəyal edə bilərdik
22 sentyabr 2014 14:25
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi İqor Ponomaryov Azərbaycanın AÇ-2020-nin 4 oyununa ev sahibliyi etmək hüququ qazanmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AÇ-2020-yə indidən hazırlaşmaq lazımdı. İşlər çoxdu. Bu, Azərbaycan üçün böyük hadisədi. Nə vaxtsa biz bunu ancaq xəyal edə bilərdik. Şəxsən mənə gəlincə, AÇ-2020-nin təşkilatçılığına kömək etməyə hazıram".