MY rəsmiləri Bakıda mətbuat konfransı keçirəcək
22 sentyabr 2014 13:00
Sentyabrın 23-də Bayıl stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovun, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin və İngiltərənin "Mançester Yunayted" klubunun nümayəndələrinin iştirakı ilə Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılışına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, mətbuat konfransı saat 14:00-da başlayacaq. (AFFA)