Qarabağın rəqibi yenə xal itirdi
22 sentyabr 2014 01:40
Futbol üzrə İtaliya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Palermo"nun qonağı olub. "Qarabağ"ın rəqibi bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Milanlılar 3-cü dəqiqədə erkən qol buraxsalar da, 42-ci dəqiqədə Mateo Kovaçiç "İnter"i məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu "İnter" hazırda 5 xalla 6-cı pillədə qərarlaşıb.