Cavid İmamverdiyev oynadı, komandası ilk xalını qazandı
22 sentyabr 2014 00:05
Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Oyuna start heyətdə çıxan Cavid 52-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Elazığspor" hazırda 1 xalla 18-ci yerdə gedir.